Platforma “Cəmiyyət və inklüzivlik üçün texnologiyalar” nominasiyası üzrə NETTY2025 Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan və idarə olunan “Istehlakchi.gov.az” platforması NETTY2025 Azərbaycan Milli İnternet Mükafatını qazanıb.
2025-ci ildə "NETTY" çərçivəsində müsabiqəyə təqdim olunan resurslar 5 kateqoriya - elektron dövlət və rəqəmsallaşdırma, rəqəmsal iqtisadiyyat, biznes və startaplar, innovasiyalar, kibertəhlükəsizlik və süni intellekt, elm, təhsil və rəqəmsal savadlılıq, media, mədəniyyət və kreativ kontent, XXI əsrin həyat tərzi və turizmi, cəmiyyət və inklüzivlik üçün texnologiyalar üzrə qiymətləndirilib. “Istehlakchi.gov.az” platforması “Cəmiyyət və inklüzivlik üçün texnologiyalar” nominasiyası üzrə qalib olub.
Qeyd edək ki, “Istehlakchi.gov.az”-da istehlakçıların hüquqlarına dair praktiki məsələlər, qanunvericilik və hüquqi müdafiə vasitələri barədə məlumatlar yerləşdirilib. Platforma hüquqlarının həyata keçirilməsi və müdafiəsi zamanı istehlakçıları doğru istiqamətləndirməyi və maarifləndirməyi hədəf alır. Sahibkarlar da bu rəqəmsal resurs vasitəsilə istehlakçılara münasibətdə hüquqları, vəzifələri və bu sahədə qanunvericiliyin tələbləri barədə geniş məlumat əldə edə bilərlər.
Qeyd: NETTY Qlobal Internet Şəbəkəsi və ümumilikdə informasiya texnologiyaları sahəsində IT bazarının milli seqmentdə inkişafının təşviqi, maraqlı təşəbbüslərə və sosial əhəmiyyətli layihələrə dəstək məqsədilə yaradılıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb