Yeni dövlət standartlarının tətbiqi ölkədə enerji idarəetməsinin təkmilləşdirilməsinə, enerjiyə qənaət potensialının müəyyənləşdirilməsinə və enerji itkilərinin minimuma endirilməsinə imkan yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 50006:2025 “Enerji menecmenti sistemləri - Enerji səmərəlilik göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji səmərələliyinin qiymətləndirilməsi”, AZS ISO/PAS 50010:2025 “Enerji menecmenti və enerjiyə qənaət – ISO 50001 enerji menecmenti sistemindən istifadə etməklə əməliyyatlarda xalis sıfır əldə olunması üçün rəhbərlik” dövlət standartları qəbul edilib.
Sözügedən standartların qəbulu müəssisələrin enerji istifadəsi izləmələrinə, enerji performans göstəricilərinin qiymətləndirilməsinə və enerjiyə qənaət strategiyalarının həyata keçirilməsinə töhfə verəcək. Nəticədə yerli müəssisələr enerji səmərəliliyi sahəsində beynəlxalq bazarda rəqabət üstünlüyünə malik olacaqlar.
Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan Respublikasının Energetika Nazirliyinin sədrlik etdiyi “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 46) tərəfindən təqdim edilib və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb