25 dekabr 2025 12:52
92

Paytaxtın Nizami və Nəsimi rayonlarında oğrular tutulublar

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki şirniyyat mağazasından 2 min manat nağd pul naməlum şəraitdə oğurlanıb.

“İki sahil” xəbər verir ki,  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı R. Tarverdizadə müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonunda isə ticarət mərkəzlərinin birindən 4 min 49 manat dəyəri olan mobil telefonu oğurlayan 56 yaşlı L.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.