Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.
“İki sahil” xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 83 ailə (308) nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib