Respublikamızın hər yerində olduğu kimi, Astara Pedaqoji Kollecində də Prezidenti cənab İlham Əliyevin doğum günü müxtəlif tədbirlərlə qeyd edilib. Bu münasibətlə təhsil ocağında tələbələr arasında keçirilən dama yarışı daha maraqlı və yadda qalan olub.
Kollecdən bildirdilər ki, tələbələrin böyük həvəslə qatıldığı yarışda əsas məqsəd onların intellektual inkişafına töhfə vermək, məntiqi düşünmə bacarıqlarını artırmaq və asudə vaxtın səmərəli təşkilini təmin etmək idi. Həmçinin yarışda fəallıq göstərən tələbələr arasında sağlam rəqabət mühiti formalaşıb.
Kollecin bütün kollektivi adından dövlətimizin başçısını doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ölkəmizin davamlı inkişafı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü