Dekabrın 24-də keçirilən ticarət əməliyyatları zamanı qızılın qiyməti növbəti rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, “Comex” əmtəə birjasının məlumatına görə, çərşənbə günü qızılın unsiyası 4554,9 dollara satılıb. Son bir həftə ərzində qızılın bazar dəyəri 100 dollardan çox artıb.
Analitiklər bunu bir sıra amillərlə əlaqələndirirlər. Mütəxəssislər qiymət artımının əsas səbəblərindən biri kimi ABŞ və Venesuela arasında artan gərginlik fonunda dünyada davam edən geosiyasi vəziyyəti göstərirlər. İndiki halda qızıl ənənəvi olaraq qlobal bazar iştirakçıları tərəfindən təhlükəsiz sığınacaq aktivi kimi qəbul edilir.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək