Xəzər dənizinin səviyyəsinin enməsi daşımalar üçün problemlər yaradır.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
"Bəzi limanlarda bizim bərələrimiz yükgötürmə qabiliyyətinin 50 %-dən də aşağı yük qəbul etməyə məcbur olurlar. Çünki, kanallar dolur. Bu yükü də təbii ki, yalnız Azərbaycan tərəfi daşımır. Daşımalar zənciri, logistika və s. bütün hissələrdə gəlir var. Yeganə zərər edən məsələ Xəzər dənizində daşımaların özüdür. Bu baxımdan, biz ortaq səylərimizi artırmalıyıq. Bütün iştirakçı ölkələri, ilk növbədə elə Türkiyə şirkətlərini buna dəvət edirik. Təbii ki, bunun bir biznes modeli də tapılmalıdır", - deyə o qeyd edib.