23 dekabr 2025 12:48
103

AFFA İntizam Komitəsi bölgə klubuna texniki məğlubiyyət verib

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Zaqatala" komandasına texniki məğlubiyyət verilib.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.

0:3 hesablı texniki məğlubiyyət alan "Zaqatala" 1200 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.