23 dekabr 2025 11:10
78

Maştağada bu gün işıq olmayacaq

Maştağa qəsəbəsində bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "İki sahil"ə verilən məlumata görə, Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 23 dekabr tarixində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:30-dan 13:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.