23 dekabr 2025 11:01
90

Türk İnvestisiya Fondunun yaradılması region daxilində strateji əhəmiyyət daşıyır

Türk İnvestisiya Fondunun yaradılması region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu fikri Baş nazir Əli Əsədov dekabrın 23-də Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda səsləndirib.

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mühüm elementlərindən birinin beynəlxalq və regional təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsi olduğunu diqqətə çatdıran Baş nazir Türk Dövlətləri Təşkilatında səmərəli işbirliyini xüsusi qeyd edərək deyib: “Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ilk iclası zamanı biz digər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar, nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik. Yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentin ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək”.