22 dekabr 2025 17:46
104

AYNA: 7 istiqamət üzrə müsabiqənin qalibləri müəyyənləşib

Azərbaycanda 7 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.

Məlumata əsasən, Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaq kəndi - Qusar avtovağzalı, Əniq kəndi - Qusar avtovağzalı və Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol 2023" MMC, Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu, Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov Niman Şükür oğlu, Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu, Kuzunqışlaq kəndi - Qusar avtovağzalı və Əniq kəndi - Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu və Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.