22 dekabr 2025 17:08
108

Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb

Binəqədi rayonu ərazisində obyektlərin birindən 800 manat, yarımtikilidən isə 1800 manat dəyərində kombi aparatı və su mühərrikinin talanması barədə ərazi polis orqanına məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Paşayev və əvvələr narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş R.Talıbov müəyyən edilərək saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.