22 dekabr 2025 16:02
84

Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır

Baş nazir Əli Əsədov Azərbaycanın bəzi universitetlərinin məzunlarının təhsillərini Türkiyədə davam bilmədiklərindən narahatlığını ifadə edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı o, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışında çıxışı zamanı danışıb.

Baş nazir iki ölkə arasında təhsil sahəsində gözəl ənənələrin olduğunu diqqətə çatdırıb.

"Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır", - Əli Əsədov vurğulayıb.