Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkını ziyarət edib.
“İki sahil” xəbər verir ki, ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Nümayəndə heyəti torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Zəfər abidəsinin önünə əklil qoyulub.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi anılıb.
Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır
Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB