22 dekabr 2025 10:34
84

"Aston Villa" bu mövsüm bütün ardıcıl 10-cu qələbəsini qazanıb

İngiltərənin "Aston Villa" klubu 111 il əvvəlki uğurunu təkrarlayıb.

“İki sahil” xəbər verir ki,  bu, Premyer Liqanın XVII turunda "Mançester Yunayted"lə matçda reallaşıb.

Mançester təmsilçisini 2:1 hesabı ilə üstələyən Unay Emerinin rəhbərlik etdiyi komanda bu mövsüm bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanıb. Bu qələbələrin 3-ü UEFA Avropa Liqasında, 7-si isə Premyer Liqada əldə edilib. London klubu sonuncu dəfə 1914-cü ildə ardıcıl 10 qələbə qazanmışdı.

Qeyd edək ki, "Aston Villa" hazırda Premyer Liqanın turnir cədvəlində 36 xalla 3-cü pillədə yer alıb.