21 dekabr 2025 23:27
74

Mingəçevirdə iki avtomobil toqquşub

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.