Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin blokdan çıxarılmasına və ikitərəfli ticarət üçün şərait yaradılmasına görə təşəkkür edib.
“İki sahil” xəbər verir ki, Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib. Paşinyan qeyd edib ki, bu addım regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətlərdən biridir.
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb
Vüqar Rəhimzadə: Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir