Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, “77-GK-835” dövlət nömrə nişanlı “Hammer” və 99-TY 561 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq
Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib