Nasimi rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon ərazisində yerləşən mağazaların birindən 337 manat oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Salmanov və A. Xələfov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, A.Xələfov digər tanışları V.Nəsirov və S.Hüseynovla da əlbir olaraq daha bir mağaza və kafedən oğurluqlar edib. Nəticədə həmin şəxslər zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurublar. Digər iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb