20 dekabr 2025 13:24
93

Murat Kurum COP29-un Prezidenti Muxtar Babayev ilə görüşüb

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Azərbaycanın iqlim dəyişikliyi məsələləri üzrə Prezidentinin xüsusi nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev ilə görüşüb.

“İki sahil” xəbər verir ki, İstanbulda keçirilən görüşdə Muxtar Babayev və onu müşayiət edən nümayəndə heyəti iştirak edib. Görüşdə iqlim dəyişikliyi ilə mübarizə, beynəlxalq əməkdaşlıq və qarşıdakı COP prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Murat Kurum görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib: “COP29-un Prezidenti və Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi hörmətli Muxtar Babayev və onu müşayiət edən nümayəndə heyəti ilə İstanbulda bir araya gəldik. Sədrlik və ev sahibliyi edəcəyimiz COP31 ərəfəsində məsləhətləşmələr apardıq. Nəzakətli səfərə və səmərəli görüşə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edirəm”.

Görüş tərəflər arasında iqlim sahəsində əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb və Türkiyə mediasında geniş əks olunub.