SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci ilin doqquz ayının maliyyə və əməliyyat nəticələri, 2026-ci il üzrə büdcəsi və borc öhdəliklərinin idarə edilməsinə dair məsələlər, həmçinin 2025-ci ildə dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub.
Müzakirələrin nəticəsində dividend ödənişi məqbul hesab edilib və müəyyən edilmiş hədəflər istiqamətində şirkətin 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verilib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO