Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiya veteranı, rayon təşkilatının yaradıcılarından olan və ilk sədri kimi uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş Mehtiyev Rafiq Yusif oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Yubilyar Rafiq Mehtiyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söylədi.
YAP Kürdəmir rayon təşkilatı tərəfindən Rafiq Mehtiyevə partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə təqdim edilib.