Dekabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda YAP Gənclər Birliyinin 2025-ci il üzrə həyata keçirdiyi işlər və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə edilib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov 2025-ci ildə Birliyin fəaliyyətinin Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun şəkildə təşkil edildiyini vurğulayıb. O, gənclərin ictimai-siyasi fəallığının artırılması, intellektual və təşəbbüskarlıq potensialının üzə çıxarılması məqsədilə il ərzində müxtəlif layihə və tədbirlərin həyata keçirildiyini bildirib.
İclasda 2025-ci il üzrə YAP Gənclər Birliyi tərəfindən görülmüş işlərin qiymətləndirilməsi aparılıb, eyni zamanda Birliyin qarşıdakı 6 aylıq fəaliyyəti çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparılıb.
Həmçinin YAP Gənclər Birliyi üzvlərinin gələcək fəaliyyətlərdə daha fəal iştirakının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb