Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci il üzrə sonuncu iclası keçirilib.
“İki sahil” xəbər verir ki, AMADA-dan bildirilib ki, iclasda qurumun icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib.
Sonra Agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülmüş işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb. Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.
İclasda, həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb