Bu il dekabrın 1-nə qədər Azərbaycan sahibkarlarına 616 investisiya təşviqi sənədi verilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.
Onun sözlərinə görə, həmin investisiya təşviq verilmiş layihələrin icrası nəticəsində yerli istehsala 7,4 milyard manatlıq investisiyanın yatırılması nəzərdə tutulub.
Nazir müavini xatırladıb ki, bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Biznesin İnkişafı Fondu" ASC (ABİF) 5 800-dən artıq investisiya layihəsinə 340 milyon manatdan çox güzəştli kredit verib: "ABİF həmçinin rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Son 5 il ərzində bu qurum vasitəsilə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri təxminən 1,8 milyard manat olub".
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib