“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının 31 saylı Yol İstismarı MMC ərazi partiya təşkilatında yığıncaq keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatı aparatının məsul işçisi Sərdar Xıdırov, ərazi partiya təşkilatının sədri Rövşən Məmmədov və digərləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs ediblər.
Yekunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Həmçinin, bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Şabranda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 cinayət faktı aşkar edilib
Ombudsman Səbinə Əliyeva Azərbaycan milli amputant futbol komandasının heyətini qəbul edib