17 dekabr 2025 16:49
88

Meyvə bağınızı sığortalamağı unutmayın – məhsulu və gəlirinizi qoruyun!

Qarşıdan gələn qış mövsümü meyvə bağları üçün ən riskli dövrdür. Şaxtalı hava, normadan artıq qar yığıntıları və başqa hadisələr bağlara böyük təhlükə törədir.

“İki sahil” xəbər verir ki, qarşıdan gələn qış mövsümü meyvə bağları üçün ən riskli dövrdür.

Şaxtalı hava, normadan artıq qar yığıntıları və başqa hadisələr bağlara böyük təhlükə törədir. Bağlarınızı belə hallardan yalnız aqrar sığorta vasitəsilə qorumaq olar. Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə bağ sahibləri bağlarını dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalaya bilirlər.
Ağacların tumurcuqlanma, çiçəklənmə və bara düşmə dövründə zərərli hadisələr - şaxtavurma, dolu, normadan artıq qar yağıntısı, fırtına-qasırğa və sair halların baş vermə ehtimalı böyükdür.

Belə zərərlərdən qorunmaq üçün ən sərfəli üsul meyvə bağlarının vaxtında sığortalanmasıdır.

Meyvə bağını sığorta edərkən sığorta haqqının yarısını fermerə dəstək üçün dövlət ödəyir, ona görə də fermerlərə cüzi məbləğə başa gəlir.

Fermer və sahibkarlar öz təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etməlidirlər. Fermerlər sığorta haqqını Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi səhifəsində “Sığorta kalkulyatorları” bölməsinə daxil olaraq hesablaya bilərlər.