Araşdırmalara görə, dünyada ataların ödənişli məzuniyyət hüququndan istifadə etməsi müsbət dəyişikliklərə səbəb olur.
“İki sahil” xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında kişilərə ödənişli atalıq məzuniyyətinin verilməsi təklifindən danışarkən deyib.
Komitə sədri qeyd edib ki, atalara 14 gün ödənişsiz məzuniyyət hüququ verilsə də, onlar bundan istifadə etmirdilər:
"Uşağın doğulması zamanı problemlərin yaşanması qadınların həmin dövrdə psixoloji çətinliklərlə üzləşməsi ilə bağlıdır. Bu məqamda qadına həyat yoldaşı dəstək olmalıdır. Düşünülənin əksinə, bu kişiləri hörmətdən salmır, onlara olan etibarı, hörməti artırır".
Əli Nağıyev: Ermənistan itkinlərlə bağlı şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb
Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq