Aqrar sahəyə investisiya cəlb etmək, yeni məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirilmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri möhkəmləndirmək vacib məqsəddir və bu dəyərləndirilməlidir.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün Bakıda keçirilən Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün fermerlərin innovasiyalara əlçatanlığını təmin etmək, sahibkarların yüksək məhsuldarlıq əldə etmələri üçün müvafiq təminatlarla təmini günümüzün tələbatıdır: "Yerli istehlakçıların yüksək keyfiyyətli məhsullarını və onların iş təcrübəsini geniş auditoriyaya təqdim etmək, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə əhalini məlumatlandırmaq qarşıya qoyulan başlıca vəzifələrdəndir".
Orxan Vahidoğlu, "İki sahil"
Anar Cəfərov: Bu tədbirlər kənd təsərrüfatı şirkətləri ilə fermerlər arasında işgüzar əlaqələrin qurulmasına yönəlib
SOCAR "Bahar" və "Qum-dəniz" yataqlarında qazma işləri üzrə yeni əməkdaşlıq memorandumu imzalayıb
Cari ildə keçirilən festivallar çərçivəsində ümumi satış həcmi 8 milyon manatdan çox olub - Anar Cəfərov