97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Tərtər rayonunun Qaynaq kəndindən olan şəhid Məhərzadə Taleh Oktay oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Anar Məmmədov şəhidin valideynlərinə başsağlığı verərək bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq. Millət vəkili şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
"QHT işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimliyə şərti cəza verilib
Kimyaçı alimlər metal-polimer katalizatorların dizaynında süniintellekt yanaşmalarını araşdırıblar
Havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciət edib - VİDEO
Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır