Sevincimizin həddi-hüdudu yoxdur. Çünki öz vətənimizə, öz doğma yurdumuza qayıdırıq.
“İki sahil” xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç edən keçmiş məcburi köçkün Alvita İsmayılova deyib. O, doğma yurda qayıtmağın böyük xoşbəxtlik olduğunu bildirib.
"Uzun illərdən sonra yenidən doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir. Bu günə çox şükür edirik. Gedib orada yaşayacağıq, təsərrüfatla məşğul olacağıq, zəhmətimizlə dolanacağıq", - deyə Xocavənd sakini əlavə edib. Bu vaxta qədər Müşfiqabad qəsəbəsində məcburi köçkün kimi yaşadığını qeyd edən A.İsmayılova qəhrəman Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.
"QHT işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimliyə şərti cəza verilib
Kimyaçı alimlər metal-polimer katalizatorların dizaynında süniintellekt yanaşmalarını araşdırıblar
Havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciət edib - VİDEO
Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır