16 dekabr 2025 22:38
108

İranda yaşayış binası çökdü

İranın paytaxtı Tehranda üçmərtəbəli yaşayış binası çöküb.

“İki sahil” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Yaftabad bölgəsində baş verib.

Dağıntılar altından 4 nəfər sağ çıxarılıb.

Axtarış və xilasetmə əməliyyatları davam edir.