Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü minlərlə ailəyə sevinc gətirəcək.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bugünkü plenar iclasında deyib.
"Bu, minlərlə ailəyə sevinc gətirəcək addımdır. Dövlət başçısının təşəbbüsünü dəstəkləyirəm", - o qeyd edib.
Milli Məclisin digər üzvü Bəhruz Məhərrəmov isə bildirib ki, Azərbaycan liderinin amnistiya elan edilməsi təşəbbüsü dövlətin öz vətəndaşına sahib çıxmağı bacardığını göstərir:
"Son amnistiya təşəbbüsü göstərir ki, Azərbaycan dövləti və lideri öz vətəndaşına sahib çıxmağı bacarır. Yəni kənar saxta hüquq-müdafiə təşəbbüslərinə ehtiyac yoxdur".
Xatırladaq ki, Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Elçin Əmirbəyov: Bakı-Amsterdam münasibətlərində istifadə edilməmiş potensial qalır