16 dekabr 2025 09:05
129

ABŞ narkotik daşıyan uç kateri vurub

ABŞ ordusu Sakit Okeanın beynəlxalq sularında narkotik daşıyan üç kateri vurub, nəticədə səkkiz nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Pentaqonun "X"də paylaşılan məlumatında deyilir. Pentaqonun açıqlamasında katerlərin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyi və narkotik daşıdığı bildirilib.

"Bu, kəşfiyyat məlumatları ilə təsdiqlənib. Katerlərə zərbələr endirilib və nəticədə səkkiz narkotik qaçaqmalçısı həlak olub".