“Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, Mərkəzi Bankın sədrinin müavini və Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini Müşahidə Şurasının üzvləri təyin olunublar.
Qeyd edək ki, Fond Azərbaycanda iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir. Fond İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan qanunlarını, Prezidentin fərmanlarını, sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları rəhbər tutur.
Sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, müvəkkil təşkilatlar vasitəsilə və investisiya qoyuluşu formasında Azərbaycanda sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, Azərbaycan Prezidentinin müəyyən etdiyi hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək, müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq, təkliflərin hazırlanmasında iştirak etmək Fondun fəaliyyət istiqamətlərindəndir.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır