Təhsil müəssisələrində şəriətlə bağlı məsələlərdən söhbət gedə bilməz.
“İki sahil” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dini biliklərin düzgün ötürülməsi, xüsusilə dini radikalizm, xurafat və məzhəbçiliklə mübarizədə mövcud resurslardan əlavə yeni və perspektivli mənbələrə ehtiyac var:
"Bu kontekstdə ilk ağla gələn təhsil müəssisləri, məktəblərdir. Məktəblərdə dini-mənəvi dəyərlərin mədəni və mənəvi yönlərinin düzgün çatdırılmasına diqqət edilməlidir. Gənclərin dini maarifləndirilməsində təhsilin rolunun artırılması məqsədəuyğundur".
Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib
Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq