15 dekabr 2025 00:13
95

İsveçdə uşaqlar üçün bayram şənliyi keçirilib

İsveçin Höteborq şəhərindəki Azərbaycan Evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlar üçün bayram şənliyi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Evi tərəfindən təşkil olunub. Burada məktəbin şagirdləri ilə yanaşı diasporun digər nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan–Türk Gənclər Təşkilatının və Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini vurğulayıb, bu günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid məqsəd ətrafında birləşdirən mühüm tarix olduğuna diqqət çəkib. O, bu cür tədbirlərin uşaqların milli kimliyinin formalaşmasında xüsusi rol oynadığını qeyd edib. Ü. Cabbarova, həmçinin dünya azərbaycanlıları arasında birlik və həmrəylik ideyalarının təbliğinin, milli-mənəvi dəyərlərin uşaqlara və gənc nəslə aşılanmasının vacibliyindən danışıb.

Bayram proqramı çərçivəsində uşaqlara maarifləndirici məlumatlar verilib. Uşaqların ifasında mahnılar və şeirlər səsləndirilib, bədii çıxışlar təqdim olunub.

Şaxta Babanın iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub və onlara bayram sevinci yaşadılıb.