Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəfat edib.
“İki sahil” “Qafqazinfo”ya istinadla xəbər verir ki, 63 yaşlı general bir müddət əvvəl infarkt keçirib.
Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Ş. Abdullayev 2023-cü ildə vəzifəsindən azad olunub.