"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Laçın" tankeri ilə istismara veriləndən, 6 il ərzində 464,093 min ton neft və neft məhsulları daşınıb.
"İki sahil" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Tanker bu müddət ərzində müxtəlif limanlara ümumilikdə 94 səfər həyata keçirib.
Son bir ildə isə gəmi 48 min 958,323 ton yükü təyinat limanına çatdırıb.
"Laçın" tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton, çayda 5 455 ton təşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir.
Qurum xatırladıb ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb