Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə "Modern" hospital tərəfindən ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, hospitalın həyətində keçirilən aksiyada səhiyyə müəssisəsinin direktoru phd.op.dr Taryel Ömərov, həkimlər və inzibati işçilər iştirak ediblər.
"Hərəyə bir ağac əkək" devizi ilə keçirilən aksiya Ulu Öndər Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.
Zahid Oruc: Vahid rəqəmsal dövlət modelinə keçid insan hüquqlarının müdafiəsinin yeni mərhələsidir
Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub