Dekabrın 12-də müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi, eləcə də “R.V. Investment Group Services, LLC” şirkətinin nümayəndələri ilə birgə Fəxri Xiyabanı ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Zahid Oruc: Vahid rəqəmsal dövlət modelinə keçid insan hüquqlarının müdafiəsinin yeni mərhələsidir
Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub