Masallı rayonunda 530 abonentinin qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, Masallı rayonunun Qəriblər kəndində istismara yararsız vəziyyətə düşmüş siyirtmənin təmiri ilə əlaqədar olaraq, Qəriblər kəndinin 530 abonentinin qaz təchizatı 12 dekabr 2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılacaqdır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO