11 dekabr 2025 13:30
214

Enerji təhlükəsizliyi nədir? - VİDEO

Enerji Təhlükəsizliyi - enerji resurslarına etibarlı, dayanıqlı və fasiləsiz çıxışı təmin edən, milli iqtisadiyyatın davamlılığı və əhalinin rifah səviyyəsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyan strateji konsepsiyadır. Bu gün qlobal iqtisadiyyatın rəqabətliliyi və inkişaf dinamikası dayanıqlı enerji təminatından asılıdır.

Müasir cəmiyyətin bütün sahələri - ev təsərrüfatları, sənaye müəssisələri, nəqliyyat infrastrukturu, kommunikasiya sistemləri və digər kritik xidmətlər - enerjisiz fəaliyyət göstərə bilməz.

Bu səbəbdən, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir.

“İki sahil” mövzuya dair SOCAR-ın hazırladığı videoçarxı təqdim edir: