10 dekabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR ilə “Saipem S.p.A.” şirkəti arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. “Saipem S.p.A.” şirkəti tərəfindən ölkəmizdə icra edilən layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda görüş çərçivəsində qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO