08 dekabr 2025 12:23
131

Hollandiya məhkəməsi "Türk Axını" kəmərinin operatorunun aktivlərini dondurub

Enerji şirkəti DTEK Krymenergo-nun tələbi ilə Amsterdam Rayon Məhkəməsi Qazproma məxsus "Türk Axını" qaz kəmərinin operatoru olan South Stream Transport (SST)-nin aktivlərini dondurub.

“İki sahil” xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti iş materiallarına istinadla məlumat yayıb.

Qeyd olunur ki, qərara Krıma elektrik enerjisi tədarük edən Krymenergo-nun milliləşdirilməsindən sonra Ukrayna enerji şirkəti DTEK ilə Rusiya tərəfi arasında yaranan mübahisələr səbəb olub.

2023-cü ildə Haaqadakı tribunal Rusiyaya DTEK-ə dəymiş ziyana görə kompensasiya ödəməyi əmr edib. İddianın bir hissəsi olaraq, 2025-ci ilin yayında məhkəmə Hollandiya bankındakı hesablardakı SST aktivlərinə həbs qoyub.

Qaz kəməri operatorunun nümayəndələri SST-nin aktivlərinin dondurulması qərarını ləğv etmək üçün Avropa məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə tələbi rədd edib.