08 dekabr 2025 11:52
140

Ukraynanın baş naziri Yermaka qarşı planda iştirak edib - "Ukrayinska Pravda"

Ukraynanın Baş naziri Yuliya Svyrydenko Volodimir Zelenskinin keçmiş ofis rəhbəri Andriy Yermakla işləyə bilməyib və ona qarşı planda iştirak edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Ukrayinska Pravda" məlumat yayıb.

Nəşrin məlumatına görə, iyul ayında Ukrayna Nazirlər Kabinetinə rəhbər təyin edilən Svyrydenko "Yermakın adamı" sayılırdı. Lakin sonradan onunla siyasi əlaqəsini kəsib.

Qeyd olunur ki, həmin vaxta qədər Yermak artıq komandasındakı hər kəslə mübahisə edirmiş.

Baş nazir, Rada spikeri Ruslan Stefançukla birlikdə Zelenskinin ofis rəhbərinin istefasını müzakirə etmək üçün hakim Xalq Xidmətçisi partiyasının aparıcı nümayəndələri ilə "gizli görüşdə" iştirak edib. Görüşdən sonra iştirakçılar Ukrayna liderinə zəng edib və Yermakın niyə vəzifəsindən uzaqlaşdırılmalı olduğunu növbə ilə izah ediblər.

Qəzet vurğulayır ki, Yermak plandan xəbər tutanda bir neçə məmuru mesajlaşma tətbiqlərində bloklayıb. O, "Xalqın Xidmətçisi" fraksiyasının lideri David Araxamiya, "Xalqın Xidmətçisi" fraksiyasının deputatı Danilo Getmantsev və deputat Yaroslav Jeleznyak əleyhinə "dövlətə xəyanət" və "hökuməti devirməyə cəhd" ittihamları ilə cinayət işi açmağa cəhd edib.

"Xalqın Xidmətçisi" üzvlərindən biri əlavə edib ki, Yermak Zelenskinin ətrafında "xəyanət atmosferi" yaradırmış.