“Microsoft” şirkəti “SOCAR Hackathon 2025” tədbirinə rəsmi tərəfdaş kimi qoşulur.
“İki sahil” SOCAR-a istinadla xəbər verir ki, dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Microsoft”un “SOCAR Hackathon 2025”də iştirakı tədbirin ümumi təcrübəsinin yüksəldilməsində mühüm rol oynayacaq.
Münsiflər heyətində təmsil olunacaq “Microsoft” tədbir çərçivəsində layihələrin qiymətləndirilməsi prosesində qlobal təcrübələrə uyğun olaraq, ədalətli, dərin təhlilə əsaslanan və innovasiyaya yönəlik qiymətləndirmənin təmin edilməsinə töhfə verəcək.
Bunla yanaşı, “Microsoft” “Hackathon” üçün rəqəmsal mühitin inkişafını dəstəkləyəcək, iştirakçılara öz həllərini yaratmaq və təqdim etmək üçün daha təkmilləşdirilmiş alətlər, resurslar və texniki imkanlar təqdim edəcək.
“Microsoft” şirkətinin tədbirə qatılması SOCAR-ın innovasiyaların təşviqi, gənc istedadların inkişafı və yenilikçi ideyaların güclənə biləcəyi ekosistem qurmaq öhdəliyimizi daha da möhkəmləndirir.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO