07 dekabr 2025 14:29
139

“Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsindən 3 il ötür

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunmuş “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsindən üç il ötür. Gəminin istifadəyə verilməsi mərasimi 2022-ci il dekabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

“İki sahil” xəbər verir ki, ASCO-dan bildirilib ki, Xəzər dənizində istismar edilən tanker üç il ərzində müxtəlif limanlara ümumilikdə 130 səfər həyata keçirib və ümumilikdə 852 449 101 ton neft və neft məhsulu daşıyıb. Son bir ildə isə gəmi 46 səfər edib və bu müddətdə 287 935 993 ton yükü təyinat limanına çatdırıb.

Qeyd edək ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur.