Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində üç istiqamət üzrə yeni mərkəzlər açılacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev D-8 Gənclər Dialoqunun açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu mərkəzlər D-8 təşkilatı çərçivəsində daha sıx əməkdaşlıq etmək məqsədi daşıyır: "Həmin mərkəzlər iqlim, media və nəqliyyat sahəsi üzrə fəaliyyət göstərəcək. Bunlar hamısı Azərbaycanın D-8 təşkilatına töhfəsidir. Bizim atdığımız addımlar ölkəmizin təşkilat çərçivəsində necə aktiv iştirak etdiyini göstərir". Nazir müavini həmçinin bildirib ki, D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir:
"Gənclərin təşəbbüsləri gələcəyimizi formalaşdıracaq. Bu tədbir ideyalarımızın reallaşması üçün ideal fürsətdir".
FHN ultramarafonun keçirildiyi ərazilərdə təhlükəsizlk tədbirlərini yüksək səviyyədə həyata keçirib
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində qurultayın vəzifələri müzakirə edildi
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var