Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.
“İki sahil” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin şikayətini əsassız sayaraq rədd edib.
Nəticədə əvvəlki instansiyanın qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Əli Kərimli Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB
Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB